AZ

"Ruhumuzun gözü kor, burnu əyridir" - MÜNASİBƏT BİLDİRİLDİ

"Estetik əməliyyatlar dinimizə görə haram və günah sayılmaz". Bu sözləri SİA-ya açıqlamasında Təzə Pir məscidinin axundu Mircəfər Əyyubov deyib.

Axund bildirib ki, bəzi hallar istisna olunur: "Bu hallardan biri də odur ki, bir xanım öz məhrəminə deyil də, naməhrəmlərə özünü göstərmək üçün bu əməliyyatı edir. Əsasən xanımlar estetik əməliyyatlara gedirlər. Yəni əməliyyata gedib burnunu, ya üzünün başqa hissəsini gözəlləşdirir ki, kimlərsə, ona məhrəm olmayan adamlar onu görsün, bəyənsin. Əri, oğlu, qardaşı, atası deyil də, başqası görüb bəyənsin. O halda niyyət belə olarsa, o zaman günah sayılır.

Amma bir nəfərin həqiqətən bir qüsuru varsa, o da həyat yoldaşına gözəl görünmək istəyir. Ya da qardaşı, oğlu, atasına gözəl görünmək istəyirsə, onun heç bir iradı yoxdur.

Ümumiyyətlə, tövsiyə olunurmu?

Əgər problem üzücü deyilsə, yox, tövsiyə olunmur. Bəzi problemlər var ki, insan tənələrə dözə bilmir, yaşaya bilmir. Bu halda eybi yoxdur. Bəzi hallar da vardır ki, bu xanımı hamı belə qəbul edir. Xanım isə öz kamilləşməsinə, mənəviyyatına, elmi, mənəvi inkişafına, insan olaraq təkmilləşməsinə yox, üzünün, gözünün formasına diqqət ayırır. Bu, günah sayılmasa da, tövsiyə olunmur. Yəni Allahın nəzəri budur ki, üzünün, gözünün, cisminin necə olmasını deyil, ruhunun necə olmasını düşünəsən. Cismi azacıq deformasiyaya uğramış insanlar ruhlarını hər gün hansı vəziyyətə qoyduqlarını görsələr, bu əməliyyata fikir verməzlər. Təəsüf ki, ruhumuz üçün heç bir əməliyyat aparmırıq. Ruhumuzun gözü də kordur, ruhumuzun burnu da əyridir, vücudu da deformasiyaya uğrayıb, ümumiyyətlə, ruhumuz çox eybəcər görünür. Onun haqqında əməliyyat barədə də düşünmək lazımdır".

Müəllif: Söylü Ağazadə
Seçilən
22
Mənbələr
Şərh ()
Bağla