AZ

Gürcüstana miqrantlardan gələn valyutanın həcçmi azalıb

2024-cü ilin əvvəlindən Gürcüstana pul köçürmələrinin həcminə görə Rusiya liderlik edir.

Herbiand.az gürcü mənbələrinə istinadən xəbər verir ki, bu barədə Gürcüstan Mərkəzi Bankının açıqladığı rəqəmlərə görə bu il ümumilikdə xaricdən Gürcüstana valyuta axını azalıb.

2024-cü ilin yanvar-mart aylarında elektron sistemlərdən istifadə etməklə Gürcüstanın kommersiya banklarına pul köçürmələrinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 35,8% azalaraq 806 milyon dollar təşkil edib.

Yanvar ayında Rusiyadan Gürcüstana 182,8 milyon dollar, mart ayında isə 53 milyon dollar olub.

Yanvar ayında ABŞ-dan gələn valyutanın həcmi 124 milyon dollar, mart ayında isə 44,8 milyon dollar olub.

İtalyadan yanvarda 134 milyon, martda isə 44,8 milyon dollar köçürmə olunub.

Seçilən
56
Mənbələr
Şərh ()
Bağla