AZ

ÇL: İlk yarımfinalçılar müəyyənləşir

Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab oyunlarına start veriləcək.

Publika.az xəbər verir ki, ilk oyun günündə 2 görüş baş tutacaq.

Gecənin maraqla gözlənilən qarşılaşması Barselonada baş tutacaq. Şəhərin eyniadlı komandası Olimpiya stadionunda PSJ-ni qəbul edəcək. İlk görüşdə qələbə qazanan kataloniyalılar üstünlüklərini qorumaq əzmindədirlər. Luis Enrikenin rəhbərlik etdiyi Paris təmsilçisi də növbəti mərhələyə adlamaq arzusundadır. Buna görə qələbə qazanmaq məcburiyyətindədirlər.

Başqa bir maraqlı görüş Dortmundda keçiriləcək. Yerli “Borussiya” ilk oyunda məğlub olduğu (1:2) “Atletiko”nu qəbul edəcək. “Arılar” mərəhələ adlamaq üçün xeyli əziyyət çəkməli olacaqlar.

Hər iki görüşün start fiti Bakı vaxtı ilə saat 23:00-da veriləcək.

Seçilən
53
Mənbələr
Şərh ()
Bağla