AZ

Ərdoğan bu gün Nazirlər Kabinetinin iclasını çağırıb

Bu gün Türkiyə Nazirlər Kabineti ilin 4-cü iclasını keçirəcək. 

"Unikal" xəbər verir ki, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə toplanacaq kabinetdə Yaxın Şərqdə artan gərginlik və Türkiyənin bu mövzuda diplomatik təşəbbüsləri prioritet gündəm maddələri arasında olacaq. Nazirlər Kabinetinin iclasında inflyasiya və həddindən artıq qiymətlərlə mübarizə müzakirə olunacaq.

Digər məsələlərlə yanaşı Türkiyənin terrorla mübarizə əməliyyatları, Suriya və İraqın şimalında terrorçuların hədəflərinin məhv edilməsi üzrə davam edən əməliyyatlar da müzakirə ediləcək. 

Ərdoğanın bu ay İraqın paytaxtı Bağdada edəcəyi rəsmi səfərə hazırlıq da müzakirə mövzusudur. 

Ağarza Elçinoğlu 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
193
49
unikal.az

10Mənbələr