AZ

Qəzzada ölənlərin sayı 33 min 797-yə yüksəlib


İsrailin oktyabrın 7-dən bəri hava, quru və dəniz hücumları təşkil etdiyi Qəzza zolağında ölənlərin sayı 33 min 797, yaralıların sayı isə 76 min 465-ə yüksəlib.

7NEWS.az xəbər verir ki, İsrail 192 gündür Qəzza zolağının bombardmanını davam etdirir. Oktyabrın 7-dən bu yana bölgəyə havadan, qurudan və havadan hücum edən İsrail gücləri mülki insanları təkcə bombalarla deyil, aclıq və susuzluqla da hədəfə alır. İnsan itkilərinin gündən-günə artdığı bölgədə humanitar böhran təhlükəli həddə ikən, dünya sadəcə seyr edir. Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada son 24 saat ərzində bölgədə 7 hücumun həyata keçirildiyi, bu hücumlarda 68 fələstinlinin həyatını itirdiyi, 94 fələstinlinin isə yaralandığı bildirilib.

7NEWS.az
Seçilən
50
Mənbələr
Şərh ()
Bağla