AZ

ADNSU COP29-a necə hazırlaşır? – Layihələr, yeni ixtisaslar, müsabiqələr...

Bu il Azərbaycan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-a ev sahibliyi edəcək. Hər il fərqli bir ölkədə keçirilən tədbir noyabrın 11-dən 24-dək Bakıda baş tutacaq.

 

Maraqlıdır, layihə ilə bağlı univeristetlərdə tələbələri məlumatlandırmaq üçün nələr təşkil olunur?

 

AzEdu.az Təhsil Portalı olaraq mövzu ilə bağlı univerisitetlərə sorğu ünvanladıq.

 

Sorğumuza Azərbaycan Dövlət Neft Sənaye Universitetinin (ADNSU) İctimaiyyətlə Əlaqələr və Marketinq departamentinin direktoru Bəhruz Nəzərov cavab olaraq bildirib ki, tələbələrə bu layihə ilə bağlı geniş şəkildə  məlumatlar verilib:

 

“Tələbələr üçün “Yaşıl dünya naminə həmrəylik ili” və  COP29 çərçivəsində Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş gənc tədqiqatçıların elmi konfransı elan olunub. Konfrans 6 və 7 may tarixlərində keçiriləcək. Eyni zamanda yayda universitetin əcnəbi tələbələrinin iştirakı ilə yay məktəbi fəaliyyət göstərəcək. Ötən Elmi şurada fevralın sonunda artıq “Yaşıl dünya naminə həmrəylik ili”nin elan edilməsini və paytaxtda Azərbaycan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-a ev sahibliyi edəcəyini nəzərə alaraq Azərbaycan Dövlət Neft Sənaye Universitetində xüsusi işçi qrup yaradılıb.

İşçi qrupnun yaradılması universitetin Elmi şurasında müzakirə olunub və təsdiqlənib. Beləliklə işçi qrupun yaradılması ilə "Yaşıl Universitet" layihəsinə start verilib. Ümumiyyətlə ali məktəbimizdə 2023-2024-cü tədris ilindən etibarən ilk dəfə Böyük Britaniyanın nüfuzlu Vorvik Universiteti ilə bir yerdə bərpa olunan enerji layihələri adlı ixtisasın tədrisinə başlanılıb”.

 

B.Nəzərov qeyd edib ki, tələbələr ekologiya ilə bağlı tədbirlərdə iştirak etməkdə məmnundurlar:

 

“Eyni zamanda Azərbaycan - Fransız Universitetində (UFAZ) 2024-2025-ci tədris ilindən etibarən Azərbaycanda ilk dəfə su resurslarının idarə olunması ixtisası üzrə magistr proqramında təhsil başlayacaq. Layihə ilə bağlı tələbələr arasında sorğu yaradılıb. Artıq birinci turda təxminən 190 tələbə iştirak edir. Həmin tələbələrlə görüşlər keçirilib. Proqramla bağlı onları maraqlandıran suallar müzakirə edilib.

 

Daha sonra ikinci tur baş tutub və artıq 50 nəfər ADNSU tələbəsi 10 nəfərdə UFAZ tələbəsindən ibarət ADNSU və UFAZ-ın Yaşıl dünya səfirləri proqramına start verilib. Burada ağac əkmə kompaniyası, eko-turların təşkil olunması, alternariv enerji stansiyalarında gedişlər nəzərdə tutulur. Tələbələrimiz ekologiya ilə bağlı tədbirlərdə iştirak etməyə böyük həvəs göstərirlər”.

Seçilən
18
Mənbələr
Şərh ()
Bağla