AZ

Bayram günlərində yol qəzalarında 9 nəfər ölüb

Bakı. Trend:

Ramazan bayramı ilə əlaqədar qeyri-iş günlərində respublikayollarında ötən illərlə müqayisədə ölüm və xəsarətlə nəticələnənqəzaların sayında kəskin azalma müşahidə edilib.

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindənTrend-ə verilən məlumata görə, Ramazan bayramı ilə əlaqədar aprelayının 10-dan 15-dək müəyyən edilmiş istirahət günlərindərespublika ərazisində ölüm və xəsarətlə nəticələnən 32 yolnəqliyyat hadisəsi qeydə alınıb, nəticədə 9 nəfər həyatını itirib,39 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Bildirilib ki, builki bayram günlərində ötən ilin müvafiq dövrüilə müqayisədə qəzaların sayı 22 faiz, ölüm faktı 35 faiz,xəsarətlərin sayı isə 40 faiz azalıb.

"Qeyri-iş günlərində Baş DYP İdarəsinin bütün şəxsi heyətigücləndirilmiş iş rejimində fəaliyyət göstərmiş və yollardagündəlik nəzarət tədbirləri həyata keçirib.

Respublika yollarında baş verə biləcək ağır nəticəli qəzalarınqarşısının alınmasına yönəlmiş profilaktik tədbirlər bundan sonrada fasiləsiz olaraq davam etdiriləcək", - deyə əlavə edilib.

Məqalədə:
Seçilən
4
20
Mənbələr
Şərh ()
Bağla