"Baykar"ın İdarə Heyətinin sədri Səlçuk Bayraktar “X” hesabında onu təhqir edən PKK tərəfdarı niderlandlı Frederike Geerdinkə türk və kürdcə cavab verib.
Publika.az xəbər verir ki, Bayraktar paylaşımında "Bura Türkiyədir; türklərin və kürdlərin əsrlər boyu qardaş yaşadığı yer; Le welatek e ku bi sedan sal in tirk û kurd bi biratı lê dijîn" yazıb.
Qeyd edək ki, Geerdink 2015-ci ildə Hakkarinin Yüksekova rayonunda "silahlı terror təşkilatına yardım" ittihamı ilə saxlanıldıqdan sonra deportasiya edilib.