AZ

Netanyahu: "İrana ağıllı şəkildə cavab verəcəyik"

İsrail İranın hücumuna emosional deyil, ağıllı şəkildə cavab verəcək.

Bizim.Media xəbər verir ki. bu barədə baş nazir Binyamin Netanyahu hakim Likud partiyasına məlumat verib.

Onun sözlərini Kan radiosu yayıb.

Netanyahu vurğulayıb ki, rəsmi Təl-Əviv İranı gərgin vəziyyətə salmaq istəyir: "Çünki belə gərginliyi onlar bizə yaratmışdılar".

Radiostansiyanın məlumatına görə, İsrail cavab hücumu barədə ABŞ-ı xəbərdar etməlidir. Məqsəd isə amerikalıların təhlükə ilə üzləşməməsidir.

Kan nəşrinə açıqlama verən mənbə bildirib ki, bu tələb Vaşinqton tərəfindən irəli sürülüb.

Bizim.Media
 

Seçilən
45
Mənbələr
Şərh ()
Bağla