AZ

10 mart buraxılış imtahanının nəticələri bu gün açıqlanacaq? - RƏSMİ

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən martın 10-da tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib. Bəzi ekspertlər nəticələrin bu gün elan ediləcəyini bildirir.

 

AzEdu.az Təhsil Portalı olaraq imtahan nəticələrinin nə zaman elan olunması ilə bağlı DİM-ə sorğu ünvanladıq.

 

DİM-dən sorğumuza cavab olaraq bildirildi ki, imtahan nəticələrinin elan olunma tarixi ilə bağlı dəqiq tarix demək mümkün deyil:

 

“Nəticələrin bu həftə ərzində açıqlanması nəzərdə tutulur. Cavablar tam hazır olduqdan sonra paylaşılacaq. Ekspertlərin dediyi tarixlər isə həqiqəti əks etdirmir. İmtahan nəticələrini DİM elan edir”.

Seçilən
69
Mənbələr
Şərh ()
Bağla