AZ

Baydenin 2023-cü il üçün qazancı məlum oldu


2023-cü ildə ABŞ Prezidenti Co Bayden və həyat yoldaşı Cill Bayden təxminən 620 min dollar (təxminən 1 milyon 50 min manat) qazanıblar.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ağ Evin saytında dərc olunan vergi bəyannaməsində məlumat verilib.
“Prezident və birinci xanımı birgə vergi bəyannaməsi təqdim ediblər. Bəyannanməyə görə, onların federal düzəliş edilmiş ümumi gəliri 619,9 min ABŞ dolları təşkil edib”, - sənəddə bildirilib.
Bəyannaməyə görə, bu məbləğin demək olar ki, dörddə biri (23,7%-i) federal gəlir vergilərinin ödənilməsinə yönəldilib. Bu hesabla Baydenlər qazandıqları 619,9 min dollardan 146,6 min dollar vergi ödəyiblər.
Bundan əlavə, prezident cütlüyü ailə evlərinin yerləşdiyi Delaver ştatında 30,9 min dollar vergi ödəyib. Co Baydenin həyat yoldaşı Cill Bayden isə Virciniyada 3,5 min dollar vergi ödəyib. Xeyriyyə işlərinə isə Prezident və birinci xanımı 20,5 min dollar (təxminən 350 min manat) xərcləyiblər.
Qeyd edək ki, 2022-ci ildə isə Bayden və həyat yoldaşının ailə gəliri 579,5 min dollar təşkil edib.
Seçilən
57
Mənbələr
Şərh ()
Bağla