AZ

Volodin ABŞ-ı öz maraqları naminə hərbi münaqişələri qızışdırmaqda ittiham edib

ABŞ öz iqtisadiyyatını xilas etmək üçün əvvəlcə Ukraynada, sonra Yaxın Şərqdə getdikcə daha çox hərbi münaqişələr törədir.

Editor.az xəbər verir ki, bu fikri Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin özünün teleqram kanalında bildirib. Parlamentari ABŞ Maliyyə Nazirliyinin məlumatlarına istinad edir. Onların sözlərinə görə, bu ilin mart ayında ölkənin büdcə kəsiri 236 milyard dollar təşkil edib. Və hazırda ABŞ-ın büdcə xərclərinin təxminən 28%-i borc hesabına maliyyələşir. Söhbət 34,65 trilyon dollarlıq dövlət borcundan gedir. Təkcə son 4 ildə onun ÜDM-ə nisbətən dəyəri 107,2%-dən 131,5%-ə yüksəlib.

Volodin hesab edir ki, bu qədər böyük dövlət borcunun olması ABŞ-ın onu qaytarmaq niyyətinin olmaması deməkdir. Üstəlik, onun sözlərinə görə, bu ölkə hegemonluğunu qorumaq üçün “Avropa İttifaqının iqtisadiyyatını qurban verərək” Ukraynada müharibəyə başlayıb, sonra isə Yaxın Şərqə keçib. Dövlət Dumasının sözçüsü əlavə edib ki, Vaşinqton bu cür borclanmalarla qaçılmaz olaraq baş verəcək defoltu gecikdirməyə çalışaraq yeni hərbi münaqişələr yaratmağa davam edəcək.

//Gülnarə Abasova, Editor.az

Seçilən
34
Mənbələr
Şərh ()
Bağla