AZ

Azərbaycanda Emin Ağalarova məxsus olan şirkətə cərimə yazıldı

"Nardaran İnvest" MMC-yə inzibati protokol yazılıb.

 

Pravda.az-ın xəbərinə görə, Dövlət Gömrük Komitəsi MMC barəsində protokolu İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir) maddəsinə əsasən tərtib edib.

 

İş Nəsimi Rayon Məhkəməsinin hakimi Solmaz Mustafayevanın icraatındadır.

 

Qeyd: Şirkət Bakıda “Sea Breeze” istirahət zonasının ərazisində yaşayış binaları inşa edir. MMC Xalq artisti Emin Ağalarova məxsusdur.

 

Xəyal Quliyev

Tarix: 16 Aprel 2024, 10:03   
Seçilən
34
20
Mənbələr
Şərh ()
Bağla