AZ

Bu gün Yay olimpiya oyunlarının alovu yandırılacaq

Yunanıstanda bu gün qədim arxeoloji kompleksdə Yay olimpiya oyunlarının alovunun yandırılması mərasimi keçiriləcək.

Bizim.Media xəbər verir ki, daha sonra alov estafetlə Fransaya ötürüləcək.

Olimpiya alovunun Yunanıstan ərazisi ilə yürüşündən sonra aprelin 27-də o, gəmi ilə Fransaya yola düşəcək və mayın 8-də Marselə çatacaq. Daha sonra 68 gün ərzində Fransa ərazisində Olimpiya alovu estafeti baş tutacaq.

Bu il Olimpiya oyunları 26 iyul-11 avqust tarixlərində Parisdə keçiriləcək.

Bizim.Media
 

Seçilən
25
1
Mənbələr
Şərh ()
Bağla