AZ

Bu parklanma yerində dayanan sürücülər cərimə oluna bilərmi?- VİDEO

Bakıda parklanma yerinin girişinə quraşdırılmış nişan sürücülərdə çaşqınlıq yaradıb. Avtosfer.az xəbər verir ki, sözügedən nişan sosial şəbəkədə müzakirəyə səbəb olub. Belə ki, parklanma yerini bildirən 5.15 nişanından əvvəl dayanma-durmanı qadağan edən 3.27 nişanı, altında isə qüvvədə olma zonasını bildirən lövhəcik quraşdırılıb. Sürücülər düşünür ki, nişanların bu formada quraşdırılması onlara qarşı tələdir. Lakin qeyd edək ki, quraşdırılmış nişanlar arasında heç bir zidiyyət yoxdur. 3.27 nişanının altında quraşdırılmış lövhəcik bildirir ki, dayanma-durmanın qadağan edildiyi zona oxla göstərilmiş yerdə öz qüvvəsini itirir. Bundan sonra parklanma tam qaydalar çərçivəsindədir.

 

Fərid

Seçilən
16
Mənbələr
Şərh ()
Bağla