AZ

Bayden və həyat yoldaşının gəliri açıqlandı: görün nə qədər qazanırlar

ABŞ prezidenti Co Bayden və həyat yoldaşı Cill Bayden 2023-cü il üçün illik 619,9 min dollarlıq ailə gəliri barədə məlumat verən birgə vergi bəyannaməsi yayımlayıblar.

Publika.az xəbər verir ki, müvafiq bəyanat, eləcə də sənədlər Ağ Evin mətbuat xidməti tərəfindən yayılıb.

Sənədə əsasən, gəlir vergisinin dərəcəsi 23,7% təşkil edib. 146,600 dollar vergidən təxminən 30,900 dolları prezident cütlüyünün ailə evi olan Delaverdə vergilərə ödənilib. Cill Bayden də Virciniyada 3500 dollar vergi ödəyib. Cütlük 17 xeyriyyə təşkilatına daha 20,5 min dollar bağışlayıb.

Keçən illə müqayisədə Bayden və həyat yoldaşının gəlirləri artıb - 2022-ci ildə onlar 580 min dollar gəlir açıqlayıblar.

Vitse-prezident Kamala Harris və əri Duqlas Emhoff da vergi sənədlərini açıqlayıb. 2023-cü ildə onların ümumi gəliri təxminən 450,3 min dollar olub. Onlar il ərzində 23 min dollar bağışlayıblar.

Seçilən
44
2
Mənbələr
Şərh ()
Bağla