AZ

Ukrayna addım-addım işğal edilir - Təcili yardım göndərilməsə...

Rusiya ordusu yayın əvvəlində böyük hücuma hazırlaşır. ABŞ həmin vaxta qədər Kiyevə hərbi yardımı təsdiqləməsə, Rusiyanın həmlələri Ukrayna Silahlı Qüvvələri üçün ciddi problemə çevriləcək.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb.

İnstitut Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (QUR) rəisi Kiril Budanovun mayın sonu - iyunun əvvəlində gözlənilən Rusiyanın hücumunu dəf etməyə hazırlaşdıqları barədə bəyanatını xatırladıb. Budanovun fikrincə, Qərbin hərbi yardımı olmadan fəlakətli dərəcədə çətin olacaq.

Analitiklər Ukraynanın şərqində yaranmış gərgin vəziyyətlə bağlı müdafiə naziri Rüstəm Umerovun bəyanatına da istinad ediblər. Nazir rusların əsas səylərini Çasiv Yar istiqamətinə yönəltdiyini açıqlayıb.

ISW qeyd edir ki, Ukrayna ordusu Rusiyanın Baxmut və Avdiv istiqamətlərində istifadə etdiyi artilleriya mərmilərinin yalnız beşdə birinə cavab verə bilir.

İnstitutun analitiklərinin fikrincə, Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın son vaxtlar şərqdə intensivləşən hücumlarını dəf etmək qabiliyyəti maddi-texniki vasitələrin çatışmazlığı səbəbindən pisləşib və hərbi yardımda gecikmə baş verərsə, yaxın gələcəkdə pisləşməyə davam edəcək.

“Rusiya qüvvələri hazırda ABŞ-nin yardımının olmaması səbəbindən Ukraynanın maddi resurslarının çatışmazlığından istifadə edərək kiçik taktiki uğurlara imza atırlar. Bununla belə, ABŞ Ukraynaya yardımı gecikdirməkdə davam edərsə, Rusiyanın gələcək hücumları, xüsusən də Baxmutun qərbində daha ciddi və təhdidedici uğur əldə edə bilər”, - məlumatda deyilir.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
60
50
Mənbələr
Şərh ()
Bağla