AZ

"Qızıl top"un favoritləri 

"Goal" nəşri bu mövsüm "qızıl top"u qazanmağa əsas namizədləri açıqlayıb.

Futbolpress.az xəbər verir ki, 20 oyunçunun yer aldığı siyahıya "Real"ın və İngiltərə millisinin futbolçusu Cud Bellingem başçılıq edir.

İkinci sırada "Mançester Siti"dən Fil Foden yer alıb. Üçüncü pilləni isə PSJ-nin və Fransa yığmasının hücumçusu Kilian Mbappe tutub.

Kriştiano Ronaldo siyahıda 19-cu, Lionel Messi isə 20-ci sıradadır.

"Qızıl top"un qalibi ilin sonunda açıqlanacaq.
Seçilən
75
Mənbələr
Şərh ()
Bağla