AZ

İdarəetmədə innovasiya - Dekabr ayı necə oldu ki, 38 gün oldu?

Valyuta.az “SAT Group” şirkətinin həmtəsisçisi, idarəçi və biznes konsultant Anar Bayramov “İdarəetmədə innovasiya” haqqında yazısını təqdim edir…

“İnnovasiya” deyəndə çox vaxt ağlımıza texnologiya, digital transformasiya, Elon Musk filan gəlir. Əslində isə İnnovasiya - biznesdə dəyər yaradan önəmli yeniliklərdir. Texnologiya ilə bağlı olmaya da bilər. Prosesdə yenilik, məhsulda yenilik, təşkilati yenilik, biznes modeldə yenilik və s. İnnovasiyada uğurlu olmaq şirkət mədəniyyəti ilə birbaşa bağlıdır.

Təcrübəmdən bir misal deyim. Bir dəfə noyabr ayının ortaları idi. Şirkətdə satışın tempi azalmışdı. Səbəbini araşdıranda aydın oldu ki, bütün bazar - müştərilər (topdançılar, marketlər), satış təmsilçiləri və s. – dekabr ayını gözləyirlər. Bir az müzakirə edəndən sonra özümüzə sual verdik ki, niyə dekabr ayını indidən (1 həftə öncədən) başlatmırıq ki? Elə bilək ki, dekabr ayı 31 gün deyil, 38 gündür. İşin içində olanlar bilirlər ki, bunu eləmək o qədər də asan deyil (maaşların/bonusların hesablanması, kampaniyaların sistem üzərindən tətbiqi, like-for-like analizlər və s.). Bütün çətinliklərə baxmayaraq qərar verdik və etdik. Nəticədə çox böyük satışa nail olduq. Bunu bazarda bizdən başqa heç kim etməmişdi. Dekabr ayı 1 həftə tez başladı. Dekabrın kampaniyalarını, həyəcanını hamıdan tez bazara təklif etdik və böyük avantaj qazandıq. O qədər uğurlu oldu ki, hər il dekabr ayının 1 həftə tez başlamasına qərar verdik.

Bunu ona görə edə bildik ki, sistemin əsiri olmadıq. Bu, korporativ mədəniyyətdən irəli gəlirdi. Komanda olaraq ortaya iradə qoya bildik. Texniki və sistemsəl məsələləri biznesə uyğunlaşdırdıq. Həqiqətən də sistem, prosedurlar, qaydalar və s. biznesə xidmət etməlidir – biznesin yaxşılığı üçün olmalıdır, pisliyi (maneə) üçün yox.

Seçilən
78
Mənbələr
Şərh ()
Bağla