AZ

"Neftçi"li qızlar sevincdən qışqırdı: "İşıqları söndürün!" - VİDEO

Qadınlar arasında Yüksək Liqada növbəti turun oyunları keçirilib.

Çempionluq uğrunda mübarizət aparan «Neftçi» və «Sumqayıt» üz-üzə gəlib.

Görüş bakılı qızların qələbəsi ilə başa çatıb. Siyasət Əsgərovun çalışdırdığı komanda rəqib qapısından 2 cavabsız top keçirib.

Matçdan sonra «ağ-qaralar»ın paltardəyişmə otağından sevinc sədaları yüksəlib. «Neftçi»nin futbolçuları «işıqları söndürün» qışqıraraq, «Sumqayıt»lı həmkarlarına «yandı-yandı» verib.

Bu tendensiya yeni yaranmayıb. «Ənənə»nin əsasını «Neftçi»nin mətbuat xidməti qoyub.

Belə ki, onlar mövsümün əvvəlində «Sumqayıt»la keçirilən PremyerLiqa matçından öncə «işıqları söndürün» roliki hazırlayıb. Bu, birmənalı qarşılanmasa da, böyük rezonans doğurmuşdu.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Seçilən
76
Mənbələr
Şərh ()
Bağla