AZ

“Göyçay kuboku”nu sumqayıtlılar qazandı

Göyçay Olimpiya İdman Kompleksində yunan-Roma güləşi üzrə “Göyçay kuboku” adlı turnir keçirilib. 17 yaşlı güləşçilər arasında təşkil olunan yarış beynəlxalq qaydalara uyğun baş tutub və komanda xarakteri daşıyıb.

Birincilikdə hər komandada 10 çəki dərəcəsində 15 idmançı iştirak edib. Yarışda 6 komanda – Sumqayıt, Hövsan, Kürdəmir, Şəmkir, Şərqi Zəngəzur və Göyçay komandalarının üzvləri qalib adı uğrunda mübarizə aparıb.

Maraqlı və gərgin keçən yarışın sonunda Sumqayıt komandası 1-ci yerə , Göyçay komandası 2-ci yerə, Şərqi Zəngəzur komandası isə 3-cü yerə layiq görülüb. Qaliblər kubok, medal və diplomla mükafatlandırılıb.

BƏHRUZ MUSAYEV, GÖYÇAY

blank
Seçilən
41
Mənbələr
Şərh ()
Bağla