AZ

""Mercedes-Benz" bu avtomobilləri geri çağırır, Azərbaycandakı rəsmi diler isə xüsusi endirimlə satır" iddiasına cavab: "Ölkəmizdə satılanlarda qüsur yoxdur..."

“Mercedes-Benz Group AG”nin Azərbaycandakı rəsmi nümayəndəliyi olan və diler mərkəzləri şəbəkəsini özündə birləşdirən “Avtokapital Azərbaycan” MMC istehsal xətası səbəbindən zavod tərəfindən geri çağırılan "Mercedes GLE" və "Mercedes GLS" modellərinin ölkəmizdə xüsusi endirimlə satılması barədə yayılan xəbərlərə münasibət bildirib.

 

Şirkətdən Pravda.az-ın sorğusuna cavab olaraq bildirilib ki, qeyd edilən və Azərbaycanda satışı həyata keçirilən GLE və GLS modellərinin heç bir qüsuru yoxdur.


"Bundan əlavə, haqqında bəhs edilən aksiyanın 2023-cü ilin dekabrından etibarən həyata keçirildiyini və mümkün istehsal xətası səbəbindən istehsalçının elan etdiyi geriçağırma prosesi ilə əlaqəli olmadığını diqqətinizə çatdırmağı özümüzə borc bilirik.  “Mercedes-Benz AG” avtomobil konserninin məhsullarının keyfiyyətinə daim nəzarət etdiyini nəzərə alaraq, “Avtokapital Azərbaycan” şirkəti “Mercedes-Benz AG”nin baş ofisindən aydınlaşdırma məktubu alıb. Məktubda hazırda satışı həyata keçirilən bütün avtomobillərin müştəriyə təhvil verilməzdən əvvəl istehsalçının proseduruna uyğun olaraq, müfəssəl “PDI - predelivery inspection” prosedurundan keçdiyi qeyd olunub", - açıqlamada bildirilib.

 

Aytəkin Qardaşova 

Tarix: 16 Aprel 2024, 09:19   
Seçilən
62
Mənbələr
Şərh ()
Bağla