AZ

Tərəvəz kotletləri və dəniz məhsulları diabet xəstələri üçün daha uyğundur

Sağlam reseptlər tövsiyə edən kitab müəllifi Keti Kaldesi qan şəkərini idarə etməyə kömək edən və ərinin pəhrizinə faydalı olan diabetik yeməklər haqqında məsləhətlərini verib.

Aztibb.az “Pravda” informasiya portalına istinadən xəbər verir ki, müəllifin bildirdiyinə görə, diabet xəstələri üçün əla seçim yerkökü, yabanı kök, kərəviz və şalgam da daxil olmaqla müxtəlif kök tərəvəzlərin qarışığı ilə hazırlanmış ədviyyatlı küftələrdir. Dad və ətir üçün qarışığa müxtəlif nisbətlərdə ədviyyatlar da əlavə edə bilərsiniz.

Mütəxəssisin fikrincə, kök tərəvəzlər yaxşı lif mənbəyidir və aşağı qlisemik indeksə malikdir ki, bu da diabet xəstələri üçün çox vacibdir.

Bu vəziyyətdən əziyyət çəkən insanlar üçün Kaldesi diyetlərinə daha çox dəniz məhsulları daxil etməyi tövsiyə edib, çünki o, yüksək keyfiyyətli protein mənbəyidir və diabet xəstələri üçün tövsiyə olunan aşağı karbohidratlı pəhriz üçün idealdır. Xüsusilə, o, 'nduja, sarımsaq və çili pastası ilə bişmiş midye və ya karidesləri sınamağı məsləhət görüb.

Kaldesinin vurğuladığı kimi, diabetli insanlar üçün geniş çeşiddə desert reseptləri var. Belə ki, variantlardan biri şokoladlı, xurma və qozlu keksdir ki, mütəxəssislərin fikrincə zəngin dada malikdir və çoxlu lif ehtiva edir.

Seçilən
133
28
Mənbələr
Şərh ()
Bağla