AZ

Bakıda məşhur ticarət mərkəzində faciə -

Bakıda ticarət mərkəzinin həyətində ağır qəza baş verib.

Metbuat.az xəbər verir ki, dünən saat 14:19-da Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisində yerləşən “Karvansaray” ticarət mərkəzinin həyətində İran vətəndaşı Afrooz Mansoor Aziz oğlu idarə etdiyi “DAF” markalı yük avtomobili ilə piyadanı vurub. Nəticədə 1985-ci il təvəllüdlü Oruclu Sahib Alıxan oğlu ağır xəsarətlər alıb və hadisə yerində vəfat edib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Seçilən
20
10
Mənbələr
Şərh ()
Bağla