AZ

Masazır avtobusu xarab oldu - Sakinlər yolda qaldı - ŞİKAYƏT - VİDEO

Bakıda "525" nömrəli sərnişin avtobusunda texniki nasazlıq baş verib və sərnişinlər yolda qalıb.

Bu barədə Bakupost.az -a hadisə şahidləri məkumat veriblər.

Bildirirlər ki, Masazır qəsəbəsindən Əcəmi metro stansiyasına işləyən 525 nömrəli avtobus səhər saatlarında yolda xarab olub.

"Bezmişik artıq bu avtobusdan. Köhnə, yararsız avtobuslardı. Demək olar, hər gün bu problemlə qarşılaşırıq. Masazırda minlərlə sakin yaşayır, amma şəhər istiqamətində yalnız 1 avtobus işləyir. 525-in hamısı bu gündədi. 3 qapılı köhnə avtobuslardı. Səhər işə çata bilmirik, axşam qayıda bilmirik. Sürücülər də çox kobuddurlar. Əllərində siqaret nə gəldi danışırlar. Elə vaxt olur, dayanacaqda saxlamadan sürüb keçirlər. İradımızı bildiririk, mühabisə edirlər. "Gedin, kimə istəyirsiz deyin", deyirlər. Marşrut sayı az, interval çoxdur. Ona görə də insanlar məcbur qalıb "1 manatlıq" maşınla işə gəlib-getsinlər. Aldığımız maaşı da yolda qoyuruq".

Qeyd edək ki, mətbuatda və sosial şəbəkələrdə "525" nömrəli marşrutla bağlı tez-tez şikayətlər olunur.

Həmin görüntüləri təqdim edirik:




Elnur
BakuPost
Seçilən
19
Mənbələr
Şərh ()
Bağla