AZ

Suadanın əri və baldızı ilə Malibudaki TƏTİLİ - FOTO

Hollivudun əfsanəvi aktyoru Jan Klod Van Dammın gəlini Suada Hacızadə əri Kristofer və baldızı Bianka ilə bərabər Malibuya tətilə gedib. 

Bizim.Media xəbər verir ki, orada musiqiçi ailə üzvləri ilə dəniz sahilində bir sıra məkanlara baş çəkiblər. 

Dənizkənarında Suada, Kristofer və Bianka birlikdə nahar da ediblər. Malibunun əsrarəngiz təbiəti qoynunda çəkilən şəkilləri isə S.Hacızadə sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb. 

Suada sözügedən paylaşımına “Malibudan bir gün” qısa şərhini yazıb. 

Qeyd edək ki, Jan Klod Van Damm Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin sabiq əməkdaşı, polkovnik Elxan Hacızadə ilə quda olub. Kristofer-Suada cütlüyü 2021-ci ilin iyununda Azərbaycanın İstanbuldakı Baş Konsulluğunda doğmalarının iştirakı ilə baş tutan nikah mərasimində ailə həyatı qurub.   


















Rəşad Əliyev, Bizim.Media
 

Seçilən
23
1
Mənbələr
Şərh ()
Bağla