AZ

Vəzifəli şəxslərlə əlbir olub dələduzluq edən şəxsin şikayəti təmin edilmədi

Ali Məhkəmədə "Azərbaycan Gözdən Əlillər Cəmiyyəti” ictimai birliyinin üzvləri üçün Nərimanov rayonunda inşa edilmiş mənzilləri qanunsuz olaraq satmaqda ittiham edilən Məzahir Nəsibovun barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Şahin Yusifovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, şikayət təmin edilməyib.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən M.Nəsibov 6 il müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd: İş üzrə zərərçəkmiş Sərhəd İbayev məhkəmədə dindirilən zaman bildirib ki, mənzil almaq üçün 40 min manatı M.Nəsibova verib.

 

Bu iş üzrə araşdırmalar bir neçə ildən artıqdır davam edib. Cinayət əməlinə görə ayrı-ayrı şəxslər də məsuliyyətə cəlb edilib. Onlar vətəndaşlardan rüşvət alaraq Nərimanov Rayon İcra Hakimiyyətinin vəzifəli şəxslərinə veriblər və beləliklə vətəndaşları aldadıblar.

 

Xatırlatma: M.Nəsibov Ukraynada tutularaq Azərbaycan Respublikasına ekstradisiya olunub.

 

Onun "Azərbaycan Gözdən Əlillər Cəmiyyəti” İB və Nərimanov Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri ilə qabaqcadan əlbir olaraq birliyin üzvü olan gözdən əlillər üçün inşa edilən çoxmərtəbəli yaşayış binasındakı mənzillərin aztəminatlı ailələr üçün növbəlilik qaydasında paylanması nəzərdə tutulmasına baxmayaraq, binanın tikintisi başa çatdıqdan sonra özü və ya üçüncü şəxs üçün qanunsuz olaraq maddi və sair nemətlər əldə etmək məqsədilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edib 111 kənar şəxsə sataraq onlara 6,5 milyon manat məbləğində zərər vurmasına əsaslı şübhələr müəyyən edilib.

 

 Faktla bağlı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

 

M.Nəsibov istintaqdan gizləndiyinə görə barəsində axtarış elan edilmişdi. Ukraynanın hüquq-mühafizə orqanları ilə qurulmuş əməkdaşlıq əlaqələri nəticəsində o, Ukraynada tutularaq 11 may 2020-ci il tarixdə Azərbaycana ekstradisiya olunub.

 

Kamal Məmmədov

Tarix: 16 Aprel 2024, 08:46   
Seçilən
44
1
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Azərbaycanda 22 yaşlı tələbə qəsdən öldürülüb: Saxlanılan var
17590
Azərbaycanda 22 yaşlı tələbəni öldürməkdə şübhəli bilinən şəxsin görüntüləri yayıldı
12995
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
12572
Asif Əsgərov: Yanğın nəticəsində evlərə ziyan dəyib, xəsarət alan yoxdur
7744
May ayında Azərbaycana qar yağdı - VİDEO
7510
Bakıda qadın 202 nəfəri aldatdı - FOTO
6886
“Ağ çiçəyim”in külə dönməsinin SƏBƏBİ AÇIQLANDI - VİDEO
6820
Sabah 20 dərəcə isti olacaq
5894
Zaur Baxşəliyevin ailəsində xoş gün!
5637
Razılıq əldə olundu: Zəngəzur dəhlizi bu istiqamətdə AÇILIR - Mühim YENİLİK
5592
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
5471
Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - VİDEO
5450
“Ağ çiçəyim” gül mağazası YANIR - VİDEO 
5390
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
5154
Bu yol qovşağında təmir işləri aparılacaq
5152
Azərbaycanlının erməni qızı ilə VİDEOsu müzakirə yaratdı
4621
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
4511
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
4493
Azərbaycan nefti ucuzlaşıb
4315
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
4229