AZ

Türkiyədə bu sosial şəbəkə bağlanır

“Meta” Türkiyədə “Threads” tətbiqini müvəqqəti bağlayacaq. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna səbəb Rəqabət Qurumunun qərarıdır.

Bildirilib ki, şirkət qərardan apellyasiya şikayəti verəcək.

“Türkiyədə “Threads” istifadə edən hər kəs aprelin 29-dan əvvəl qərarla bağlı məlumatlandırılacaq”, - deyə şirkətdən vurğulanıb.

Beləliklə, istifadəçilər “Threads” profillərini dondura, yaxud silə biləcəklər. Tətbiq Türkiyəyə qayıdarsa, profillərini dondurmağı seçənlərin paylaşımları yenidən görünəcək.

Seçilən
72
24
Mənbələr
Şərh ()
Bağla