AZ

İçinə mis doldurulan saxta qızıllar: Dələduzluğun qarşısı necə alınacaq? - VİDEO

İçinə mis doldurulan saxta qızıllar: Dələduzluğun qarşısı necə alınacaq? - VİDEO

Çəkisi ağır, qiyməti münasib, içi isə mislə dolu... Sosial şəbəkələrdə tərkibinə mis doldurulan qızıllar ilə bağlı görüntülər yayılıb.

Sonxeber.az xəbər verir ki, zərgər Elnur Hüseynov "Xəzər Xəbər"ə açıqlama verib. O bildirib ki, son günlər qızıl alarkən vətəndaşlar fırıldağa məruz qalır. Zərgərlər deyir ki, bu tip qızılların tərkibinə misdən başqa digər qatqı maddələri əlavə edilir:

"İnsan fikirləşir ki, qızılın qramı 105-110 manatdırsa, mən bu qızılı 85 manata aldım. Alıcı aldığına keyfiyyətli olduğunu bildirir və məhsuldan razı olduğunu deyir. Daha sonra görür ki, həmin qızılların tərkibində müəyyən qatqı maddələri əlavə olunur. Mis, baksil, mum kimi maddələr buraya daxil olur".

Qızılın satışı ilə məşğul olan satıcılar bildirib ki, tərkibində mis olan bu cür qızılları ört-basdır etmək çox asandır. Hətta alıcıların bu hallar ilə çox üzləşdiklərini deyiblər:

" Müştərilər bizə müraciət edən zaman deyirlər ki, qızılın içindən mis çıxıb. Həmin qızılı kəsdikdən sonra içində mis olduğu üzə çıxır".

Vətəndaşlar özləri də qızıl alarkən bir sıra nüanslara diqqət edirlər.

Ətraflı "Xəzər Xəbər"in süjetində:

Seçilən
58
Mənbələr
Şərh ()
Bağla