Türkiyə millisinin sabiq yarımmüdafiəçisi və “Eyüpspor”un baş məşqçisi Arda Turan həyat yoldaşı Aslıhan Doğan Turana bahalı hədiyyə alıb.
Sportinfo.az xəbər verir ki,Arda həyat yoldaşına 2,1 milyon avro dəyərində “Rolls-Royce” hədiyyə edib.
Belə ki, Aslıhan ötən gün yeni avtomobili ilə İstanbulun Bebek səmtində görüntülənib.
O, yaxın dostları Selin İmer və Mustafa Cecelini bayram gəzintisinə çıxarıb.
Arda Turanla Aslıhan Doğan 5 ildir evlidirlər. Onların Hamza Arda və Asil Aslan adlı iki övladı var.