AZ

Ya "Neftçi", ya "Zirə" - "gümüş" mübarizəsindən kim qalib çıxacaq?

Azərbaycan Premyer Liqasında 30 tur geridə qalıb. Çempionun bəlli olduğu yarışda əsas mübarizə gümüş medal və avrokuboka vəsiqə uğrunda gedir.

Bu marafonda "Neftçi", "Zirə", "Sumqayıt", "Sabah", "Turan Tovuz" və "Səbail" mübarizə aparır. Sonuncular bir az geri olsa da, xal fərqinin az olması hər komandanın şanslarının olduğundan xəbər verir.

Qarşıda 6 tur var və daha az itki edən komanda hədəfinə çataq. Bəs növbəti turlarda avrokubok mübarizəsində hansı kritik oyunlara şahidlik edəcəyik?

31-ci tur: "Zirə" - "Neftçi" - növbəti turun bu görüşü həm gümüş medal, həm də avrokubok mübarizəsində həlledici matçlardan olacaq. "Neftçi" qələbə qazanacağı halda, ən yaxın izləyicisini 4 xal üstələyəcək və növbəti turlar öncəsi işini daha yaxşılaşdıracaq. "Zirə" isə məğlub olacağı halda, gümüş medallardan aralı düşəcək. Şanslar qalacaq, amma üstünlük rəqibə keşəcək.

31-ci tur: "Turan Tovuz" - "Sumqayıt" - son turlarda əldə etdiyi nəticələrlə avrokubok yarışına qoşulan Tovuz təmsilçisi mübarizəni daha gərginləşdirib. Turnir cədvəlində "Səbail"i ötən "Turan Tovuz" daha bir qələbə qazansa, "Sumqayıt"ı üstələyəcək və bu, "Turan Tovuz" 4-cü yer üçün əsas namizədlərdən birinə çevirəcək. "Sumqayıt" isə yarışdan qopmamaq və rəqibini irəli buraxmamaq üçün azı heç-heçə etməlidir.

Premyer Liqada növbəti tura aprelin 19-da "Turan Tovuz" - "Sumqayıt" oyunu ilə start veriləcək. "Zirə" - "Neftçi" görüşü isə bir gün sonra olacaq.

Kamil Əhməd
Seçilən
79
Mənbələr
Şərh ()
Bağla