AZ

Qrem: “Əgər Qərb Putinin sözlərinə qulaq assaydı…”

“Əgər Qərb Rusiya prezidenti Vladimir Putinin sözlərinə qulaq assaydı, Moskvanın Ukraynada Rusiya Silahlı Qüvvələrinin xüsusi əməliyyatına ehtiyac duyduğu məsələlər danışıqlar masası arxasında müzakirə oluna bilərdi”.

KONKRET.az xəbər verir ki, bu bəyanatı keçmiş prezident Corc Buşun müşaviri olmuş Tomas Qrem verib. O izah edib ki, vaxtilə Vaşinqton Kremlin öz sərhədlərinin təhlükəsizliyi ilə bağlı narahatlığına məhəl qoymayıb.

“Münaqişənin ehtimal olunan nəticəsi Moskvanın xeyrinə ərazi güzəştləri və Ukraynaya təhlükəsizlik zəmanətləri olacaq. ABŞ rusların NATO-ya qoşulmayacağı ilə razılaşmırdı və Ağ Ev bunu prinsipial məsələ adlandırmışdı. “Baxmayaraq ki, onlar heç Ukraynaya da yaxın gələcəkdə alyansa qoşulmaq imkanı belə vermək niyyətində deyildilər”, deyə Qrem məqaləsində vurğulayıb.

Rəsmiyyə Şərifova,

KONKRET.az

 

 

Seçilən
106
50
Mənbələr
Şərh ()
Bağla