AZ

23 yaşlı oğlan 10-a yaxın avtomobilə zərər verdi: Sığorta şirkətləri dəyən zərəri ödəyir, amma...

23 yaşlı oğlan 10-a yaxın avtomobilə zərər verdi: Sığorta şirkətləri dəyən zərəri ödəyir, amma...

Paytaxtın ən böyük ticarət mərkəzlərindən birinin parklanma yerində dayanan 10-a yaxın avtomobilə 1 nəfərin zərər vurması ilə bağlı görüntülər yayılıb. Gənc oğlan maşınların üzərinə çıxaraq onları qəsdən əzir. Gec də olsa onun qarşısını hadisə şahidləri alır. Bəs zərəri kim qarşılamalıdır?

Belə olan halda ilk ağla sığorta şirkətləri gəlir. Lakin sığorta şirkəti isə dəymiş zərəri kasko olarsa qarşılayır.

Sonxeber.az xəbər verir ki, sığorta eksperti Emil Ağabağırov "ARB Xəbər"ə mövzu ilə bağlı bağlı açıqlama verib:

"Kasko sığorta könüllü sığorta növüdür. Belə olan halda zərər dəyən avtomobili tam olaraq sığortalayır. Bununla yanaşı, bir çox risklərdən, hadisələrdən təminat verir. Həmin hadisələrdən biri də sözügedən şəxsin avtomobilə ziyan vurması ilə bağlıdır. Belə hadisələrdə bu növ sığorta növü ilə şirkətlər tərəfindən təminat verilir. Bununla yanaşı avtomobil növlərinin kasko sığortası olub olmaması məsələsi də araşdırılır. Olduğu təqdirdə dəymiş zərəri sığorta şirkəti qarşılayır. Əgər yoxdursa dəymiş zərəri kim bu əməli törədibsə o ödəməlidir".

Ətraflı "ARB Xəbər"in süjetində:

Seçilən
89
Mənbələr
Şərh ()
Bağla