AZ

Üç ayda Qəbələdə 6,2 milyon manatlıq sənaye məhsulu ixrac olunub

Üç

Qəbələ, 16 aprel, Mustafa Dadaşov, AZƏRTAC

Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarında nəzərdə tutulmuş tədbirlərin uğurlu icrası, həmçinin sahibkarlar üçün yaradılan əlverişli mühit nəticəsində son illər Qəbələ rayonunda iqtisadiyyatın digər sahələri ilə yanaşı, sənaye sektorunda da sürətli inkişaf müşahidə olunur. Belə ki, cari ilin yanvar-mart aylarında rayonda fəaliyyət göstərən sənaye müəssisələri tərəfindən faktiki qiymətlərlə 42 milyon 161,1 min manatlıq məhsul istehsal edilib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 4 milyon 144,5 min manat və ya 10,9 faiz çoxdur. İstehsal edilən sənaye məhsulunun 13,6 faizi dövlət, 86,4 faizi qeyri-dövlət sektorunun payına düşüb.

Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, üç ayda rayonda 6 milyon 190,2 min manatlıq sənaye məhsulu ixrac olunub. Bu, istehsal olunan sənaye məhsulunun 15 faizini təşkil edir.

Qurumdan verilən məlumata görə, rayonun sənayesi əsasən, mədənçıxarma, emal, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, su təchizatı, tullantıların təmizlənməsi və emalı sahələrini əhatə edir. Cari ilin yanvar-mart aylarında rayonda istehsal edilən sənaye məhsulunun 82,7 faizi emal sektorunun payına düşüb.

 

Seçilən
95
2
Mənbələr
Şərh ()
Bağla