AZ

“Coral Reef Watch”: Mərcan rifləri dördüncü qlobal rəngsizləşmədən əziyyət çəkirlər

“Coral

Bakı, 16 aprel, AZƏRTAC

Avstraliyadan Keniya və Meksikaya qədər sahil xətti boyunca dünyanın bir çox gözəl mərcan rifləri ağ rəngə boyanıb. Alimlər bunun son üç onillikdə dördüncü qlobal rəngsizləşmənin olduğunu bildiriblər.

AZƏRTAC xəbər verir ki, mərcan riflərinin monitorinqi üzrə dünyanın ən böyük qurumu olan ABŞ Milli Okean və Atmosfer Tədqiqatları İdarəsinin (MOATİ) “Coral Reef Watch” Təşkilatının məlumatına görə, 2023-cü ilin fevralından bəri ən azı 54 ölkə və ərazi iqlim dəyişikliyinin okeanın səthi sularının istiləşməsinə səbəb olması səbəbindən riflərin kütləvi rəngsizləşməsi ilə üzləşib.

Rəngsizləşmə, suyun istiliyindəki anormallıqlardan qaynaqlanır, bu da mərcanların toxumalarında yaşayan parlaq yosunları yerindən çıxarmasına səbəb olur. Temperatur tezliklə normallaşarsa, mərcan bərpa oluna bilər. Əks təqdirdə o məhv olacaq.

“Coral Reef Watch”ın koordinatoru Derek Manzellonun sözlərinə görə, Dünya okeanı riflərinin 54 faizindən çoxu rəngsizləşmə səviyyəsində istilik stresi yaşayır.

Daha əvvəl alimlər, fevral ayında Dünya okeanı səthinin istiliyinin iqlim dəyişikliyinin təsiri altında görünməmiş 21,06 dərəcə Selsiyə çatması səbəbindən ehtimal olunan kütləvi mərcan rəngsizləşməsi barədə xəbərdarlıq etmişdilər.

 

Seçilən
90
Mənbələr
Şərh ()
Bağla