Yunan mediası Ukrayna ordusuna onlarla döyüş təyyarəsinin verilə biləcəyini açıqlayıb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, sözügedən təyyarənin konstruktiv ömrünün 60-%-nin tükəndiyi bildirilib.
Ukraynaya döyüş təyyarələri verəcək ölkələr sırasına Yunanıstanın da əlavə olunacağı gözlənilir.
Bildirilib ki, təyyarələrin müəyyən hissəsinin Ukrayna Hərbi Hava Qüvvələrinə verilməsi mümkündür.
Qeyd edək ki, 32 ədəd F-16C/-D Blok 30 döyüş təyyarəsinin Ukraynaya təhvil verilməsi planlaşdırılır.
Ayşən