Naftalanda “Yaşıl Dünya naminə Həmrəylik İli” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib. Aksiyada ŞİH başçısı, hüquq mühafizə orqanlarının rəhbərləri iştirak edib. Bayraq meydanı ərazisində 150-ə yaxın evkalipt, kiparis ağacları əkilib.
Şəhər ərazisində müxtəlif növ bitkilərin, yaşıllıqların sayının artırılması istiqamətində keçirilən aksiya ilboyu davam etdiriləcək.