AZ

Avokado, yumurta və humus…

Nəzarət oluna bilməyən aclıq hissi haradan gəlir? Yemək istəməmək üçün nə yemək lazımdır? Bu suallara "Rossiya" telekanalında yayımlanan "Ən vacibi haqqında" sağlamlıq şousunun studiyasında proqramın daimi eksperti, rusiyalı dietoloq Marina Makişa cavab verib.

Həkimin sözlərinə görə, iştahın artmasının səbəbi həm stress, həm də müxtəlif xəstəliklər ola bilər. Adətən bunlar tiroid xəstəlikləri, anemiya, insulin müqaviməti, diabetdir. Həmçinin, ani aclıq balanssız, irrasional qidalanma nəticəsində yarana bilər. Ancaq nə yediyinizə diqqət etməklə cilovlanmamış iştahla mübarizə apara bilərsiniz.

Marina Makişa aclıq hissini azaltmağa kömək edəcək və sağlamlığınıza zərər verməyəcək qidaları sadalayıb.

Yumurta

Zülal sizi ən uzun müddət tox saxlayan doldurucu kaloridir. Protein yavaş-yavaş həzm olunur. Zülalın parçalanması nəticəsində əmələ gələn amin turşuları qana daxil olur və dörd saata qədər qanda dövr edir. Yəni, beyin qidanın olduğunu anlayır. Böyük miqdarda protein ət, balıq, kəsmik, soya və pendirdə olur. Yumurta pəhriz baxımından bir nömrəli məhsuldur. Elmi araşdırmalara görə, hər gün yumurta yeyən insanlar iştahına daha yaxşı nəzarət edir və daha az yeyirlər. Protein dəniz balıqlarında, toxumlarda və qoz-fındıqda da bol olur.

Avokado (yağ turşuları)

Yağlardan əlavə, avokadoda qida lifi də var ki, bu da toxluğa kömək edir. Tədqiqatlar zamanı naharda bir avokado yeyən insanlar üç saatdan sonra özlərini naharı lazımi yağlar olmadan yeyənlərə nisbətən təxminən 40% daha az ac hiss etdiklərini qeyd ediblər.

Kartof (yüksək doyma indeksi)

Nişasta sayəsində kartof toxluq hissini yaxşı qorumağa kömək edir. Lakin kartofun aclıq hallarının qarşısını alması üçün onu qaynadılıb soyudulmuş halda yemək lazımdır. Çörək əvəzinə sendviçlərdə soyuq kartofdan istifadə edə bilərsiniz - onun kalorisi üç dəfə azdır.

Humus (yüngül karbohidratlar)

Tərkibində adətən noxud, küncüt yağı, zeytun yağı və ədviyyatlar olan paxlalı bitkilərin pastası olan humus demək olar ki, bütün gün sizi doyura biləcək məşhur Yaxın Şərq yeməyidir. Tərkibində bədənimizdə tədricən parçalanan yüngül karbohidratlar var, buna görə də qanda qlükozanın səviyyəsinin artması rəvan şəkildə baş verir. Bunun sayəsində kifayət qədər uzun bir doyma dövrü saxlanılır, çünki qlükozada kəskin sıçrayış olmur.

Nubar Süleymanova, “İki sahil”

Seçilən
615
34
Mənbələr
Şərh ()
Bağla