NATO-nun baş katibi Yens Stoltenberq Ukraynaya silah tədarükünü ödəmək üçün 100 milyard avroluq fond yaratmağı təklif etmək niyyətindədir.
Publika.az xəbər verir ki, bu barədə "Bloomberg" yazır .
Agentliyin məlumatına görə, təşəbbüs Şimali Atlantika Alyansının 32 üzvü tərəfindən təsdiqlənməlidir.
"NATO-nun baş katibi Yens Stoltenberq alyans liderlərinin iyulda Vaşinqtonda görüşəcəkləri zaman imzalayacaqları paketin bir hissəsi olaraq, beş il ərzində Ukrayna üçün 100 milyard dollarlıq müttəfiq töhfə fondu yaratmağı təklif edir", - nəşr yazıb.