AZ

“Qazandığımız 35 min hələ də bizə verilməyib”

Aparıcılar Tural Əsədov və Afaq Gəncəli AzTV-də yayımlanan “Düşən pullar” şousunda 35 min manat qazanıblar.

Axşam.az xəbər verir ki, bu barədə Tural Əsədov Kamran Ağabalayevin aparıcısı olduğu “Qapqara” verilişində danışıb. Lakin aparıcı qazandıqları məbləğin hələ də onlara verilmədiyini bildirib:

“Afaq Gəncəli ilə həmin verilişdə 35 min manat pul udmuşuq. Amma o pullar hələ də bizə verilməyib. Çünki veriliş hələ yayımlanmayıb. Bizdən əvvəl və sonra çəkilən verilişlər nümayiş olunub, amma bizim buraxılış hələ də yayımlanmayıb. Ona görə də hələ ki, pulu görməmişik. Biz oktyabr ayında çəkilmişik. Məbləğin hamısı mənim deyil, orada Afaqın da payı var və vergilər də bunun içinə daxildir”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
291
4
minval.info

5Mənbələr