AZ

Yeni Kaledoniyada Azərbaycanın dekolonizasiya işinə dəstəyi ilə bağlı məqalə dərc olundu (FOTO)

Bakı. Trend:

Martın 30-da Yeni Kaledoniyada “La Voix du Caillou” jurnalında“Sakit Okeana xarici müdaxilə: Fransa vəziyyəti yaxından izləyir”adlı məqalə işıq üzü görüb.

Trend xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevinportreti olan şəkil jurnalın üz qabağında əsas xəbər kimi dərcolunub.

Məqalədə Azərbaycanın Yeni Kaledoniya xalqına dekolonizasiyaişindəki haqlı mübarizəsinə verdiyi dəstək xatırlanır.

Qeyd olunur ki, Yeni Kaledoniya xalqı Azərbaycanın Prezidenti vəAzərbaycan xalqına öz təşəkkürünü ifadə etmək üçün AzərbaycanınBayrağı və Dövlət başçımızın Dəmir Yumruq portretini qaldırır.

Yeni Kaledoniya Parlamentinin Ailə və Qadınların hüquqlarıkomissiyasının sədr müavini Marie Line Sakilia-nın Fransa əelyhinəaksiyada çıxışı xüsusilə qeyd olunur.

Qeyd edək ki, M.L.Sakilia martın 21-də Yeni Kaledoniyanınmərkəzi meydanında keçirilən geniş etiraz aksiyasında Azərbaycan,eləcə də, Bakı Təşəbbüs Qrupuna göstərilən dəstəyə görə təşəkkürünüifadə etmək üçün video müraciət yaymışdı.

Yeni
Yeni
Yeni
Seçilən
19
26
Mənbələr
Şərh ()
Bağla