AZ

Baş Dövlət Yol Polisi İdarəsində qanvermə aksiyası keçirilib- FOTO

Baş Dövlət Yol Polisi İdarəsində qanvermə aksiyası keçirilib.

Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib

Bildirilib ki, DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin və Mərkəzi Qan Bankının birgə təşkilatçılığı ilə “Talassemiyasız həyat naminə” proqram layihəsi çərçivəsində Baş idarənin inzibati binasında qanvermə aksiyası keçirilib.

Talassemiya və hemofiliya xəstəliklərindən əziyyət çəkən uşaqlara dəstək olmaq məqsədilə təşkil olunmuş aksiyada Baş idarənin rəhbərliyi və şəxsi heyəti iştirak edib.

FOTO QALEREYA
Seçilən
60
Mənbələr
Şərh ()
Bağla