AZ

Zədəsini sağaldıb məşqə başladı

“Atletiko”nun hücumçusu Antuan Qrizmann zədəsini sağaldıb.

“Marca”nın məlumatına görə, 32 yaşlı futbolçu artıq komanda ilə məşqlərə başlayıb. Qrizmann zədə səbəbindən Fransa millisinin mart ayındakı oyunlarını buraxmışdı. Onun 2017-ci ildən sonra ilk dəfə milli komandanın oyunlarında iştirak etmədiyini xüsusi vurğulayaq.

Antuan bu mövsüm 38 oyuna çıxıb, 19 qol vurub və 7 məhsuldar ötürmə verib. Onun “Atletiko” ilə müqaviləsinin müddəti 2026-cı il iyunun sonuna kimi nəzərdə tutulub.

Seçilən
44
Mənbələr
Şərh ()
Bağla