AZ

Cənubi Qafqaz ölkələri öz məsələlərini özləri həll etmək gücündədirlər - İran səfiri

Bakı. Trend:

İran hər zaman region məsələlərin region daxili ölkələrinpotensialından istifadə edərək həllinə təkid edib.

Bu barədə İran İslam Respublikasının AzərbaycanRespublikasındakı fövqəladə və səlahiyyətli səfiri Seyid AbbasMusəvi Trend-ə bildirib.

"Qərb ölkələrin regiona olan müdaxilə təcrübəsi uğurlu birtəcrübə hesab olunmur və regionda olan məsələlərin həllinə köməketməyəcəklər heç, əksinə bu məsələlərin mürəkkəbləşməsinə gətiribçıxardacaqlar. Çünki bu ölkələr başda öz maraqlarını təmin etməyinpeşindədirlər, region ölkələrin maraqlarını deyil.

Biz inanırıq ki, Cənubi Qafqaz ölkələri öz məsələlərini özlərihəll etmək gücündədirlər. İran İslam Respublikası bu istiqamətdəiki və çox tərəfli təmasları sürdürür", - deyə o bildirib.

Qeyd edək ki, aprelin 5-də Ermənistanın baş naziri NikolPaşinyan, ABŞ dövlət katibi Antoni Blinken və Avropa Komissiyasınınsədri Ursula fon der Lyayen arasında üçtərəfli görüş baş tutacaq.Qərbin Ermənistanla təhlükəsizlik zəmanəti haqqında sazişimzalayacağı gözlənilir.

Seçilən
52
4
Mənbələr
Şərh ()
Bağla