AZ

Azərbaycanın I Liqasından Qabona çağırılan: "Özümü sübut edə bildim"

"Qabon millisinin düşərgəsindən geri qayıtmışam.

Milli komandaya dəvət olunduğum üçün xoşbəxtəm.

Hər iki oyunda da oynadım, həm Seneqal, həm də Konqoya qarşı. Məncə, özümü sübut edə bildim".

bu sözləri sportal.az-a açıqlamasında Steyn Ossono deyib.

“Zaqatala”nın futbolçusu ilk dəfə Qabon millisinə dəvət edilib. O, milliyə dəvət edilməsinin klub karyerasına müsbət təsir edəcəyindən əmin olduğunu da deyib:

"Bilirsiz, peşəkar futbolçu kimi karyerama başladığım gündən bu yana, harada oynamağımdan asılı olmayaraq, futbolçu kimi keyfiyyətlərim sayəsində milliyə bir gün çağırılacağıma həmişə inanırdım.

Sonda da bu baş verdi. Çox sevinirəm. Təbii ki, bu dəvətin “Zaqatala”da oynayarkən gəlməsi də xoş hisslərdir.

Bəli, düşünürəm ki, Azərbaycanda birinci liqasında oynaya-oynaya yenə də Qabon millisinə dəvət edəcəklər. Təbii ki, klubumda yaxşı oynayaramsa, belə olacaq.

Düşünürəm ki, iyunda artıq daha güclü komandada yer alacam. Amma bu, təkcə məndən asılı deyil, çünki agentlərim var, onlar hər şeyi bilir.

Təkliflərim olub və onlarla maraqlanan agentlərim var. Lakin hazırda “Zaqatala"dayam və bu komanda üçün ən yaxşısını etməyə çalışıram".

Seçilən
111
Mənbələr
Şərh ()
Bağla