AZ

Akif Çağatay Kılıç ABŞ nümayəndə heyəti ilə görüşüb

Bakı. Trend:

Türkiyə prezidentinin xarici siyasət və təhlükəsizlik üzrə başmüşaviri Akif Çağatay Kılıç ABŞ Konqresinin NümayəndələrPalatasının Silahlı Qüvvələr Komitəsinin nümayəndə heyəti iləgörüşüb.

Trend TurkicWorld-a istinadən xəbər verir ki, görüşdəTürkiyə-ABŞ münasibətləri ilə yanaşı, regional və beynəlxalqinkişaflar, İŞİD terror təşkilatı və ekstremizmlə mübarizə müzakirəedilib.

Bundan əlavə olaraq, PKK və onun mütəşəkkil cinayətkarlıqfəaliyyətləri, Rusiya-Ukrayna müharibəsi və Fələstindəki insanlıqfaciəsi görüşün gündəmində olub.

İclasda ABŞ Konqresinin Nümayəndələr Palatasının SilahlıQüvvələr Komitəsinin sədri Mayk Rocers, yüksək səviyyəli üzv AdamSmit və üzvlər Salud Carbajal və Veronika Eskobar, ABŞ-ınAnkaradakı səfiri Cefri Fleyk və ABŞ-ın İstanbuldakı baş konsuluJulie Eadeh iştirak ediblər.

Məqalədə:
Seçilən
99
Mənbələr
Şərh ()
Bağla