AZ

Fransız yazıçının insan dərisi ilə cildlənmiş kitabı ilə bağlı QƏRAR

Harvard Universiteti kitabxanalarından birində 90 ildən çoxdur saxlanılan qədim kitabın cildindən insan dərisinin çıxarıldığını açıqlayıb.

Publika.az universitetin saytına istinadən xəbər verir ki, söhbət XIX əsrə aid “Des Destinées de l'Ame” (“Ruhun taleyi”) kitabından gedir.

Universitet kitabın keçmiş uğursuzluqları daha da obyektivləşdirdiyini və insan ləyaqətinə xələl gətirdiyini bəyan edib.

Bildirilib ki, məsələ ilə bağlı Fransa səlahiyyətliləri ilə məsləhətləşmələr aparıldıqdan sonra kitabın cildi çıxarılıb.

Qeyd edək ki, fransız yazıçı Arsen Hussayenin qələmə aldığı, "ölümdən sonrakı həyat haqqında meditasiya" hesab edilən kitabın nüsxəsi 2014-cü ildə mərhum bir qadının dərisinə bürünmüş vəziyyətdə tapılıb. Harvard həmin vaxt bu kitabı "antropodermik bibliopegiya həvəskarları, bibliomanlar üçün yaxşı mənbə” adlandırıb.

Seçilən
119
2
Mənbələr
Şərh ()
Bağla