AZ

"Düşünürəm ki, buraya təsadüfən düşmədiyimizi sübut etməliyik"

"Nəzərə almalıyıq ki, UEFA Millətlər Liqası oyunlarından sonra təlim-məşq toplanışı olmayıb.

Buna baxmayaraq, maksimum xallar əldə etmək üçün meydanda vuruşacağıq".

Sportinfo.az xəbər verir ki, bunu "report"a açıqlamasında Azərbaycan millisinin futbolçusu Manə Mollayeva Avropa çempionatının seçmə mərhələsində Macarıstan və İsveçrəyə qarşı keçirəcəkləri matçlar barədə danışarkən deyib.

26 yaşlı müdafiəçi hər iki qarşılaşmanın çətin keçəcəyini bildirib:

"B Liqasında iştirak etmək daha da məsuliyyətlidir. Biz buna və daha artığına layiq olduğumuzu göstərməliyik.

Artıq rəqiblər də çətinləşir və hamımız matçlara yaxşı hazırlaşırıq. Hər görüşə maksimum xal üçün çıxmalıyıq".

Manə Mollayeva B Liqasının I qrupundakı hədəflərindən də söz açıb:

"Düşünürəm ki, buraya təsadüfən düşmədiyimizi və layiqincə mübarizə apara bildiyimizi sübut etməliyik".

Yığma aprelin 5-də səfərdə Macarıstan, 4 gün sonra Bakıda İsveçlə üz-üzə gələcək.

Seçilən
136
Mənbələr
Şərh ()
Bağla