Bu gün Misli Premyer Liqasında 28-ci tura start verilib. İlk gündə 2 matç keçirilib. 3-cü yerdəki "Neftçi" autsayder "Qəbələ"nin qonağı olub. Görüş "Neftçi"nin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da "Neftçi" xallarının sayını 43-ə çatdırıb və 2-ci pilləyə yüksəlib.Digər oyunda "Qarabağ" Tofiq Bəhramov adına Respublika Stadionunda "Kəpəz"lə qarşılaşıb. Ağdam təmsilçisi rəqibini 6:1 hesabı ilə məğlub edib. Bununla da "Qarabağ" xallarının sayını 69-a çatdırıb. Nəticədə "Qarabağ" son 8 turun nəticəsindən asılı olmayaraq, tarixində 11-ci dəfə Azərbaycan çempionu olub.Mətləb
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta