AZ

Sırski hücum üçün ehtiyatların formalaşdırılmasından danışıb.

...Aleksandr Sırski cəbhə xəttində vəziyyətin ağır olduğuna görə belə bir vəzifə qoyduğunu bəyan edib. Eyni zamanda, o qeyd edib ki, Ukrayna ordusunun müəyyən ərazilərində “artilleriya ilə vəziyyəti bərabərləşdirmək” mümkün olub. ...Məqsədimiz ərazilərimizin itirilməsinin qarşısını almaq, düşməni mümkün qədər tükəndirmək və ona mümkün qədər itki verməkdir.

SİA-nın əldə etdiyi məlumata görə, bunu deyən Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı bildirib ki, o, bu vəzifəyə təyin olunduqdan sonra hərbi qulluqçuların istirahətini təmin etmək və texnikanın döyüş effektivliyini bərpa etmək məqsədilə hərbi hissələrin rotasiya prosesinə başlanılıb.

Bunun üçün 500 min nəfərin səfərbər olunmasını tələb edib-etmədiyini soruşduqda o, daxili imkanları təhlil etdikdən və döyüş gücünü dəqiqləşdirdikdən sonra “rəqəm xeyli azalıb” cavabını verib. Onun sözlərinə görə, rotasiyanı təkcə səfərbər edilmiş deyil, həm də könüllülər hesabına təmin etmək nəzərdə tutulur.

Nazlı

Seçilən
43
Mənbələr
Şərh ()
Bağla